RU

Gürcüstanda bir neçə gün əvvəl toyu olan azərbaycanlı ÖLDÜRÜLDÜ: Saxlanılan var FOTO VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 2-də Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu öldürməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkumluğu olan 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.

Oxu.Az məlumat verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalar zamanı aydın olub ki, Marneulidə baş verən davada təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovun boğazına bıçaqla zərbə endirərək ərazidən uzaqlaşıb. Təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən şəxs qısa müddət sonra saxlanılıb. Gürcüstanda hadisə ilə bağlı cinayət işi açılıb, onu Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Ü.Bayramovun bir neçə gün əvvəl toyu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
oxu.az

1Источники