RU

“Premium Bank”ın rəhbərliyinə yeni təyinat olub

“Premium Bank”ın rəhbərliyinə yeni təyinat olub. Belə ki, Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümov Bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə C.Mövsümov özü məlumat verib. O aprel ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Camid Mövsümov 2022-ci ilin avqust ayından Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədridir. Eyni zamanda “Made in Turan” brendinin təsisçisidir. (Apa)

Избранный
12
3
fed.az

6Источники