RU

Hörmüz boğazında zədələnən gəmidə insan qalıqları var – Tailand XİN

Hörmüz boğazında partlayışa məruz qalan Tailand gəmisində insan qalıqları aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hörmüz boğazında partlayış nəticəsində zədələnən Tailandın “Mayuree Naree” gəmisində aparılan axtarışlar zamanı insan qalıqları aşkarlanıb.

Nazirlikdən verilən məlumata görə, hazırda hadisə yerində və gəmidə müvafiq araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
28
interpress.az

1Источники