RU

Kəlbəcərdə meşəlik ərazi yanır – Başlıbel yaxınlığında yanğın qeydə alındı

Moderator.az-a daxil olan məlumata görə, Kəlbəcər rayonu ərazisində meşəlik sahədə yanğın başlayıb. Hadisənin Başlıbel kəndi yaxınlığında baş verdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Əraziyə müdaxilə olunması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb.

Qeyd edək ki, ötən il də Başlıbel kəndi ərazisində oxşar yanğın hadisəsi qeydə alınmışdı.

Избранный
34
1
moderator.az

2Источники