RU

Bu addım əmək bazarında pedaqoji kadr ehtiyacının ödənilməsi məqsədini daşıyır Rəy

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən son dəyişikliklər müəllimlərin işə qəbulu sistemində yeni yanaşmanı ortaya qoyur. Bakalavriat ixtisaslarının siyahısının genişləndirilməsi nəticəsində qeyri-pedaqoji ixtisas məzunlarının da müəllim kimi fəaliyyət göstərməsinə imkan yaranıb. Məsələn, riyaziyyat, fizika, kimya, biologiya və informatika kimi ixtisasları bitirən şəxslər müvafiq fənlər üzrə müəllimlik müsabiqəsində iştirak edə bilərlər. Eyni zamanda, mexanika, kimya mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisası üzrə məzunlar da uyğun sahələrdə müraciət etmək hüququna malikdirlər. Musiqi sahəsində instrumental ifaçılıq ixtisasını bitirənlər musiqi müəllimliyi, memarlıq, rəssamlıq və dekorativ sənət ixtisasları üzrə məzunlar isə təsviri incəsənət müəllimliyi üzrə müsabiqəyə qoşula bilərlər. Həmçinin bədən tərbiyəsi və idman, məşqçilik və idmanda reabilitasiya ixtisaslarını bitirən şəxslər fiziki tərbiyə müəllimliyi üzrə müraciət edə bilərlər".

Bunu 525.az-a təhsil ekspert Elçin Əfəndi söyləyib. O qeyd edib ki, bu addım əmək bazarında pedaqoji kadr ehtiyacının ödənilməsi məqsədini daşıyır:

"Bununla yanaşı, qeyri-pedaqoji ixtisas məzunlarının təhsil sisteminə inteqrasiyası üçün onların müəyyən hazırlıq mərhələsindən keçməsi vacib sayılır. Bu mərhələdə onlara təhsil kurikulumu, pedaqoji fəaliyyətin əsas prinsipləri və şagirdlərin qiymətləndirilməsi meyarları formativ və summativ qiymətləndirmə üsulları izah olunur”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
525.az

1Источники