RU

Bu rəqəm çoxlarını təəccübləndirəcək - Nazir müavini açıqladı

“Azərbaycanın təhsil sektorunda son 20 ildə genişmiqyaslı yeniliklər olub”.

“Yeni Sabah” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Lənkəran Peşə Təhsil Mərkəzinə təşkil etdiyi mediatur zamanı nazir müavini Kənan Kərimzadə bildirib. 

Nazir müavininin sözlərinə görə, ötən iki onillik ərzində təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. O qeyd edib ki, bu müddətdə ölkə üzrə 3600 məktəb əsaslı təmir olunub.

K.Kərimzadə əlavə edib ki, 2020-ci ildə Azərbaycanda 900-dən çox şəraitsiz məktəb mövcud idi. Onun sözlərinə görə, son 5-6 ildə həyata keçirilən tədbirlər nəticəsində bu rəqəm 400-ə qədər azaldılıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
16
yenisabah.az

1Источники