RU

"Peşə məktəbləri artıq xanım tələbələr üçün böyük maraq kəsb edir" - Nazir müavini

“Əvvəllər tələbələrimizin təxminən 32 faizini qadınlar və qızlar təşkil edirdisə, bu gün bu rəqəm təxminən 40 faizə yüksəlib”.

Redaktor.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Peşə Təhsili Mərkəzinə media tur zamanı dedi.

O həmçinin vurğuladı ki, peşə təhsili müəssisələri də artıq xanım tələbələr üçün böyük maraq kəsb edir:

"Qadınların qəbul olduğu bütün ixtisaslar, o cümlədən yeni ixtisaslar mövcuddur və elə ixtisaslar var ki, orada qadınların payı 50 faizdən çoxdur. Yəni qadınların üstünlük təşkil etdiyi ixtisaslar getdikcə artır.

Məsələnin daha aydın olması üçün qeyd edim ki, 2022-ci ildə qəbulda qadınların payı 32 faiz idisə, hazırda bu göstərici 40 faizə çatıb. Hesab edirəm ki, 2025 və 2026-cı illərin nəticələrində bu rəqəm daha da artacaq.

Qadınların üstünlük təşkil etdiyi ixtisaslara gəldikdə isə, bu siyahıda müxtəlif sahələr var. Məsələn, dayə ixtisasında tələbələrin 100 faizi qadınlardır. Laborant-mikrobioloq, moda dizaynı, geyim dizaynı, saç kəsimi və gözəllik sahələrində bu göstərici təxminən 90 faizdir. Qənnadıçı-şirniyyatçı ixtisasında da oxşar vəziyyət müşahidə olunur.

Bundan əlavə, ofisiant, interyer dizaynı, dərzilik və sortlaşdırma işçisi ixtisaslarında qadınların payı təxminən 70–80 faiz civarındadır. Qrafik dizayn, veb dizayn və proqram təminatı ixtisaslarında isə qadınlar 60–65 faiz təşkil edir. Ümumilikdə, bu peşələrə qadınlar tərəfindən müxtəlif səbəblərdən, o cümlədən iş imkanlarının əlverişli olması ilə əlaqədar böyük maraq göstərilir”.

Nuriyyə NATİQQIZI

Избранный
37
1
redaktor.az

2Источники