Aprelin 2-də polis tərəfindən xeyli silah-sursat aşkarlanıb. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 10 patron darağı, 1460 ədəd müxtəlif çaplı patron və 4 mərmi aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.