RU

Minatəmizləmə zamanı həlak olan minatəmizləyənlərin ailə üzvlərinə güzəşt

Bakı. Trend:

Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailəüzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manatməbləğində azaldılacaq.

Bildirilib ki, bu Qanun layihəsi minatəmizləmə fəaliyyəti həyatakeçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuşminatəmizləyənlərin ailə üzvlərinin sosial rifahınınyaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi iləhazırlanmışdır.

Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikminatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunuyerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərininvergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğindəazaldılmasını, “Təhsil haqqında” Azərbaycan RespublikasınınQanununa təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyətihəyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarınınmülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasınıntəhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsilistisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlətbüdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. Bu Qanunlayihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dəntətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyəmindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zamanhəlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirənminatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək)şamil olunur.

Избранный
50
27
az.trend.az

10Источники