RU

Danışıqlara baxmayaraq döyüşlər yenidənBAŞLADI

Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 2-si axşamı Durand Xətti boyunca (Əfqanıstan və Pakistan arasındakı sərhəd, Kabil tərəfindən tanınmır) Əfqanıstan və Pakistan qüvvələri arasında aktiv döyüşlər başlayıb və 3 aprel səhərinə qədər davam edib.

Məlumata görə, Əfqanıstan İslam Əmirliyinin qüvvələri Pakistan qüvvələrinin artilleriya atəşinə cavab olaraq, Xost və Paktiya əyalətlərindən Durand xətti boyunca mövqelərinə hücum edib.

Əfqanıstan hakimiyyətinin məlumatına görə, Pakistan qüvvələri 2 aprel axşamı Kunar, Paktika və Xost əyalətlərinə intensiv minaatan və raket hücumları həyata keçirib. Həmçinin mülki hədəflərə dron zərbələri endirilib və uşaqlar da daxil olmaqla ölən və yaralananlar var.

Aminə ŞAHSUVARQIZI

Избранный
28
1
redaktor.az

2Источники