RU

Həftəsonu 50 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bakı. Trend:

Bazar günü 49701 şagird orta təhsil səviyyəsi (9 illik) üzrəburaxılış imtahanı verəcək.

Trend bu barədəDövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

Belə ki, aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ,Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux,Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə),Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam ortaməktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb vəKərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəliməktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam ortaməktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar,Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsilsəviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-dəburaxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmırlar.

İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarındaxüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faizpozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdinəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin binavə zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Избранный
39
3
az.trend.az

4Источники