RU

“Sabah” rəsmisi: “Bunun ancaq “Qarabağ” azarkeşləri üçün keçərli olduğunu bildirdilər”

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda bu gün “Sabah”la üz-üzə gələcək. Ağdam təmsilçisi matçdan öncə stadiona gələn xanım və 15 yaşadək azyaşlı azarkeşlərin biletləri pulsuz əldə edəcəyini açıqlayıb. 

Ağdam klubunun rəsmisi Anar Hacıyev İdmanxeber.az-a açıqlamasında bu qərarın “Sabah” azarkeşlərinə də aid olduğunu bildirib. Ancaq qarşı tərəf məsələnin belə olmadığını deyir.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məsələ ilə bağlı İdmanxeber.az-a bunları deyib:

“Qarabağ” klubunun bu oyun üçün qadınlara və 15 yaşadək uşaqlara biletin ödənişsiz olacağı ilə bağlı məlumatı yayımlandıqdan sonra kluba müraciət edərək bunun bizə də aid olub-olmaması ilə maraqlandıq. Lakin qarşı tərəfdən bizə bunun ancaq “Qarabağ” azarkeşləri üçün keçərli olduğunu bildirdilər. Qeyd edim ki, komandamızın oyunlarına akademiyamızın bir çox üzvü valideynləri ilə birlikdə gəlirlər. Bundan əlavə, klubumuzun azarkeşləri arasında da kifayət qədər 15 yaşa qədər azarkeş var. Klub tərəfindən bizə göndərilən sorğuda bu azarkeşlərin hamısı üçün biletləri ancaq müvafiq ödənişlə əldə edə biləcəyimiz qeyd edildi. Buna görə, akademiyamiyamızın yetirmələrinin və valideynlərinin biletləri klubumuz tərəfindən müvafiq ödəniş edilərək əldə edildi”.

Избранный
23
2
idmanxeber.az

3Источники