RU

İrəvanda “Şuşa maketi” və müharibələrdə ölən həkimlərin şəkilləri YIĞIŞDIRILDI – FOTOLAR

İrəvan Tibb Universitetində Qarabağ müharibələrində ölən həkimlərin xatirə guşəsi ləğv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İrəvan Dövlət Tibb Universitetində Qarabağ müharibələrində ölmüş həkimlərə həsr olunmuş xatirə guşəsi sökülüb.

Universitetin foyesindəki divardan ölən həkimlərin fotoşəkilləri yığışdırılıb.

Tələbələrin verdiyi məlumata görə, xatirə guşəsinin eksponatlarının muzeyə köçürüləcəyi bildirilsə də, bunun nə vaxt və hansı formatda baş verəcəyi məlum deyil.

Universitetin mətbuat xidməti isə fotoların hərbi tibb fakültəsində aparılan təmir işləri səbəbindən yığışdırıldığını bəyan edib.

“Onların hamısı, o cümlədən hazırda ehtiyatla saxlanılan Şuşa maketi universitetin Tibb Tarixi Muzeyinə təhvil veriləcək. Yaxın 10 gün ərzində hansı formatda nümayiş etdiriləcəkləri məlum olacaq”, – universitet rəhbərliyi açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
17
interpress.az

1Источники