RU

AFFA nın rəhbəri yalnız Rövşən Nəcəf deyil

Apasport saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil, AFFA-nın baş katibi, İK üzvləri var".

Apasport.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun XXXIV Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında deyib.

O, media nümayəndələri ilə daha çox görüş keçirməyə hazır olduğunu dilə gətirib:

"Daim mətbuata açıqdırlar. İstənilən sualları verə bilərsiz. Cavab verməsələr, müzakirə edərik. AFFA rəhbərliyi bir şəxs deyil, İK var. İclasların hansı binada keçirilməsinin önəmi yoxdur. AFFA-nın binasında oldu, ya SOCAR-ın binasında. Əsas o iclaslarda verilən qərarlar, müzakirə edilən mövzulardır. İradı qəbul edirəm. Media ilə daha çox görüş keçirməyə hazıram. Bir dəfə görüş olmuşdu. Yəqin ki, bir dəfə də görüşərik. Media ilə qapalı görüş edərik, sizin fikirlərinizi eşitmək istəyərəm. Yeni nəsil idman jurnalistləri yetişdirmək üçün hansı addımlar ata bilərik, futbolun işıqlandırılmasının yeni nəsilə daha maraqlı olması üçün hansı addımları ata bilərik. Yeni nəsil gəlir, onlarda məlumatın cəlbediciliyi əvvəlki nəsillə müqayisədə fərqli olur. Futbola marağın saxlanılması üçün hansı yanaşma dəyişikliyi etməliyik, bunu jurnalistlərlə müzakirə edərik".

FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”

Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb

AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?

AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ

Cahangir Fərəcullayev: “Bizim üçün ən vacib prioritet milli komandadır”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
2
apasport.az

3Источники