RU

Ev təsərrüfatları və biznes üçün kreditlər: mart ayındakı artım davam edir   

Bu il martın 1-i vəziyyətinə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları ev təsərrufatlarına 19 milyard 197 milyon manat kredit ayırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz, yəni 2 milyard 13,5 milyon manat çoxdur. Cari ilin fevral ayının 1-i ilə müqayisədə isə artım 0,4 faiz, yaxud 81,9 milyon manat təşkil edib. 

Eyni zamanda, martın 1-i tarixinə real sektora kredit qoyuluşu 32 milyard 2,5 milyon manata çatıb. Bu göstərici illik müqayisədə 8,8 faiz və ya 2 milyard 599,6 milyon manat, aylıq müqayisədə isə 0,4 faiz və ya 138,8 milyon manat artım göstərir. 

Ümumilikdə, bu rəqəmlər Azərbaycanda həm ev təsərrüfatları, həm də real sektor üzrə kredit bazasının davamlı inkişaf etdiyini, iqtisadi fəallığın və maliyyə resurslarına çıxışın genişləndiyini göstərir. 

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan” 

Избранный
19
azerbaijan-news.az

1Источники