RU

Gecikən təqaüd və pensiya üçün faiz ala bilərsiniz

Tətildən əvvəl bir çox tələbələrə təqaüdlərin verilməməsi onların arasında ciddi narazılığa səbəb olub. 

Daha sonra isə tələbələr sosial şəbəkələrdə belə bir təklif irəli sürüblər ki, gecikən təqaüdlər onlara faizlə qaytarılsın.  

Azərbaycanda pensiya, təqaüd gecikdirilməsinə görə faiz ödənilməsi qanunvericilikdə öz əksini tapıbmı və bunun tətbiqi mümkündürmü? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki,  ümumən Mülki Məcəlləyə görə, istənilən ödənişin gecikdirilməsi ilə bağlı faizin ödənilməsini tələb etmək olar: 

“Buraya pensiya və digər ödənişlər də daxildir. Hansı müddətə gecikbsə, məhkəmə qaydasında illik 5 faiz miqdarında tələb oluna bilər. İllik 5 faiz isə həmin gecikən günlərin sayına bölünür”.

Избранный
17
1
cebheinfo.az

2Источники