RU

Azər Türk Bank mükafatlara layiq görüldü

Azərbaycan Banklar Assosiasiyası 2025-ci il ərzində ölkə bankları tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək ən fəal maliyyə-kredit təşkilatlarını mükafatlarla təltif edib.

Dövlət bankı Azər Türk Bank (ATB) ötən il ərzində bir sıra layihələrin təşkilatçısı və tərəfdaşı kimi fəaliyyətinə görə “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə mükafata layiq görülüb.

Bu istiqamətdə Bank əhəmiyyətli tədbirlər görmüş, layihələr gerçəkləşdirmiş, sazişlər imzalamışdır.

Qeyd edək ki, Azər Türk Bank davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub.

160-dan çox ölkədən 20 000-dən artıq təşkilatın iştirak etdiyi bu təşəbbüsə imza atmaqla Bank sosial məsuliyyət, korporativ idarəetmə, ekologiya   sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş standartlara sadiq qaldığını bir daha təsdiqləmişdir.

Bankın əldə etdiyi digər mükafat “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” nominasiyası üzrədir.

Bank beynəlxalq maliyyə institutları, dünyanın nüfuzlu təşkilatları ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Keçən ilin sonlarında  Azər Turk Bank ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi üçün mühüm kredit sazişi imzalanmışdır.

Azər Turk Bank bu saziş çərçivəsində əldə olunmuş vəsaitləri istehsal, xidmət, kənd təsərrüfatı və digər sektorlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə təkrar kredit şəklində təqdim etməklə onların investisiya imkanlarını genişləndirərək Azərbaycanın özəl sektorunun inkişafına mühüm töhfə verməkdədir.

Bundan əlavə 2025-ci ilin noyabr ayında Azər Türk Bank Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin  Əbu-Dabi şəhərində Tabadul layihəsi çərçivəsində  Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Əbu-Dabi Birjası ilə  Kollektiv Mübadilə Razılaşması imzalayıb. Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə Azər Türk Bank hesablaşma agenti kimi təyin edilib.

Həmçinin Bank özünün fəaliyyəti dövründə hər zaman təhsilə və gənclərin inkişafına dəstək olmuş tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə layihələr həyata keçirmişdir.

 “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə Banka verilən mükafat bu sahədə görülən işlərin məntiqi nəticəsidir.

Bank “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” nominasiyası üzrə mükafata layiq görülüb. Bu mükafat bankın müasir texnologiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişafı sahəsindəki səylərini vurğulayır.

Azər Türk Bank yüksək diqqətə görə ABA-ya, həmçinin etibar və etimad göstərib Bankla əməkdaşlıq edən tərəfdaş və müştərilərinə minnətdarlığını bildirir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə (51%-i SOCAR-da olmaqla), 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank İnternational” AG-yə məxsusdur.

Избранный
46
1
banker.az

2Источники