Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır".
Mia.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf Teleqraf-ın əməkdaşının sualını cavablandırarkən deyib.
Rövşən Nəcəfin ona ünvanlanan "Rövnəq Abdullayevin 16 illik AFFA prezidenti olduğu dönəmdə SOCAR-dan bu quruma azı 320 milyon sponsorluq vəsaiti ayrılıb. Siz də hazırda həm AFFA, həm də SOCAR prezidentisiniz. Sizdən əvvəlki dönəmlərdə SOCAR-dan AFFA-ya ayrılan vəsaitin doğru istiqamətdə xərclənib-xərclənməməsinə dair yoxlama aparılıbmı?" sualına cavabı konkret olub: "Yoxlama aparılmır".
Qeyd edək ki, SOCAR-ın sabir prezidenti R.Abdullayev eyni zamanda 2008-2024-cü illərdə AFFA-ya rəhbərlik edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.