RU

“NATO nun gələcəyi Tramp sonrası proseslərdən asılı olacaq”

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Hazırda Avropa ölkələrinin ard-arda öz hava məkanlarını, hətta logistik imkanlarını ABŞ və İsrailin hərbi hava qüvvələri üçün bağlaması artıq bir növ qarşıdurma kimi qiymətləndirilə bilər”.

 Gununsesi.info bildirir ki, bu fikirləri deputat Arzuxan Əlizadə deyib:

“Eyni zamanda Tramp qeyd edir ki, müharibədən sonra NATO daxilində münasibətlərə yenidən baxılmalıdır. Avropa ölkələri də anlayırlar ki, müharibədən sonra NATO daxilində ciddi bir çat yaranıb və bu çatın aradan qaldırılıb-qaldırılmayacağı zamanla bağlı məsələdir. İstənilən halda mövqelər artıq aydındır.

Trampdan sonrakı dövrə hələ uzun müddət var və bu müddət ərzində ciddi proseslər baş verə bilər. Heç kim əvvəlcədən dəqiq deyə bilməz ki, Trampdan sonra hazırkı vitse-prezident hakimiyyətə gəlsə, onun siyasətini davam etdirəcək, yoxsa fərqli xətt yürüdəcək. Eyni zamanda demokratların yenidən hakimiyyətə qayıdıb-qayıtmayacağı da açıq sual olaraq qalır. Bunlar zamanla müəyyənləşəcək məsələlərdir”.

Deputat hesab edir ki, hazırkı mərhələdə fakt ondan ibarətdir ki, Tramp administrasiyası ilə Avropa liderləri arasında dərin bir uçurum yaranıb.

“Bu uçurumun gələcəkdə NATO formatına təsirsiz ötüşməyəcəyi də aydın görünür”,-deyə o əlavə edib.

Şəbnəm

 Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
icma.az

1Источники