RU

Löv Qana yığmasının "sükanı arxası"na keçməyə yaxındır - Maaşı bilindi

Almaniya yığmasının sabiq baş məşqçisi Yoahim Löv Qana millisinin "sükanı arxası"na keçmək üzrədir.

Fanat.Az "Ghana Soccernet"ə istinadən xəbər verir ki, onunla DÇ-2026-nı əhatə edən qısamüddətli müqavilə bağlanması planlaşdırılır.

Ölkəsinin yığması ilə 2014-cü ildə dünya çempionu olan 64 yaşlı mütəxəssisin 150 min avro maaş qarşılığında Afrika təmsilçisinə mundialda baş məşqçilik edəcəyi gözlənilir.

Qana Futbol Assosiasiyası millinin sabiq çalışdrıcısı Otto Addonu 4 gün öncə yoldaşlıq görüşündə Almaniya seçməsindən alınan məğlubiyyətin (1:2) ardından istefaya göndərib.

Qana yığması mundialda ilk matçını iyunun 17-də Torontoda Panamaya qarşı keçirəcək. Sözgüdən millinin DÇ-nin qrup mərhələsindəki digər rəqibləri İngiltərə, Xorvatiyadır.

Qeyd edək ki, Löv 2006-2021-ci illərdə Almaniya yığmasını çalışdırıb.

Toğrul

Избранный
40
1
fanat.az

2Источники