RU

Azərbaycan və Türkiyə hərbi təlimləri İranla bağlı deyil Ədalət Verdiyev

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İkitərəfli təlimlər adətən bir neçə ay və ya bir il əvvəldən planlaşdırılır"

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində növbəti birgə təlimə hazırlıq işlərinə başlanılıb. Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” birgə təlimi ərəfəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi təşkil olunub. Müdafiə Nazirliyinin məlumatına görə, tədbir Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığının rəmzi ifadəsi olmaqla yanaşı, qarşıdakı təlimin yüksək səviyyədə keçirilməsinə hazırlığın mühüm mərhələsi hesab olunur.

Əlahiddə Ümumqoşun Ordunun Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə -Araz çayı üzərində yerləşən “Ümid” körpüsünə doğru yürüş edib. Eyni vaxtda Türkiyə tərəfinin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi nöqtəyə istiqamətlənib. “Ümid” körpüsündə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra bayraqların dəyişmə mərasimi baş tutub və bu, birgə təlimin rəsmi startı kimi qiymətləndirilib.

Mərasimdən sonra təlimə cəlb olunacaq şəxsi heyətin və hərbi texnikanın yola salınması ilə bağlı tədbir keçirilib. Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətini vurğulayıb, iştirakçı heyətə uğurlar arzulayıb. Bildirilib ki, “Heydər Əliyev-2026” təlimi müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təkmilləşdirilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsi və şəxsi heyətin bilik-bacarıqlarının artırılmasına xidmət edəcək.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq intensiv sürətlə inkişaf edir:

“Birlikdə bir çox təlimlərin keçirilməsi bunun əyani sübutudur. İndi də Əlahiddə Ümumqoşun Ordu hissələri ilə Türkiyə Silahlı Qüvvələri arasında “Heydər Əliyev-2026” təlimlərinə başlanılıb. Türkiyə ilə birgə keçirilən “Heydər Əliyev -2026” təlimləri 2021-ci ildə imzalanan Şuşa bəyannaməsinin tərkib hissəsidir. Bu təlimlərdə əsas məqsəd hər iki qardaş ölkənin orduları arasında əməliyyatların planlaşdırılması, qarşılıqlı əlaqənin təşkili, döyüşün təminati, təcrübə mübadiləsi, şəxsi heyətin döyüş bacarıqlarının artırılması və.s dir. Ümumilli liderimizin adını daşıyan bu təlimlərin, məhz ulu öndər tərəfindən inşası təklif olunan “Ümid” körpüsündə baş tutması hər iki qardaş ölkənin dini, mədəni əlaqələrinin göstəricisidir”.

Ekspert qeyd edib ki, sözügedən təlimlərin irandan Azərbaycana və Türkiyəyə atılan hava hücum vasitələriylə birbaşa əlaqəli olduğunu düşünmür:

“Bu sadəcə zaman baxımından bir-biriylə üst-üstə düşüb. İkitərəfli təlimlər adətən bir neçə ay və ya bir il əvvəldən planlaşdırılır. Sözügedən təlimlər yalnız Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının möhkımləndirilməsinə yönəlib. Yəni təlimlərdə heç bir halda başqa ölkələrin fəaliyyətlərinə əks olan ssenarilər nəzərdə tutulmayıb”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
sherg.az

1Источники