RU

20 Yanvar dairəsində maşınları sıxışdıran BakuBus SÜRÜCÜSÜ CƏZALANDIRILDI

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bakının əsas prospektlərindən birində sərnişin avtobusunun kobud qayda pozuntusu təhlükəli anlara səbəb olub.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI

Kadrlarda "BakuBus"a məxsus avtobusun sürücüsünün hərəkət zamanı manevr qaydalarını kobud şəkildə pozduğu əks olunub.

Bildirilib ki, Moskva prospekti ilə hərəkətdə olan avtobus arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olub və qəza şəraiti yaradıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, "BakuBus" MMC-nin istismarında olan 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulması halı qeydə alınıb.

"Belə ki, avtobus sürücüsü C.Cabbarlı adına kinostudiyanın yaxınlığında yerləşən son dayanacaqdan hərəkətə başlayarkən manevr qaydalarına əməl etməyib. Sürücü "20 Yanvar" körpüsünün alt hissəsində geriyə dönmək məqsədilə sol zolağa yerdəyişmə edərkən, öz zolağı ilə hərəkət edən digər nəqliyyat vasitəsinə yol verməyib.

Videogörüntülər araşdırıldıqdan sonra sözügedən sürücü barəsində qanunvericiliyə uyğun protokol tərtib edilib. Sürücülük bacarıqlarının inkişaf etdirilməsi məqsədilə o, yenidən təlimlərə yönləndirilib", - deyə Ə.Əliyeva bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhərində də manevr qaydalarını kobud şəkildə pozan "BakuBus" sürücüsü ilə bağlı məlumat vermişdik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
oxu.az

1Источники