RU

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir (FOTO)

Bakı. Trend:

Aprelin 3-də Azərbaycan Respublikasının maliyyə nazirininbirinci müavini Anar Kərimov Dünya Bankının Dövlət Maliyyəsi vəSatınalmalar Bölməsi üzrə təcrübə meneceri Serdar Yılmaz və BankınAzərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeister iləgörüşüb.

Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Hökumətiilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsiperspektivləri, xüsusilə dövlət maliyyə idarəetməsi sahəsindəhəyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə olunub.

A.Kərimov bildirib ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığaböyük önəm verir və bu tərəfdaşlıq çərçivəsində həyata keçiriləntədbirlər dövlət maliyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsibaxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Dünya Bankınınbu sahədə göstərdiyi dəstək yüksək qiymətləndirilir və həyatakeçirilən islahatların effektivliyinə mühüm töhfə verir.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, dövlətmüəssisələrinin monitorinqi istiqamətində son dövrlərdə görülənişlər və həyata keçirilən islahatlar bu sahədə şəffaflığın vəhesabatlılığın artırılmasına xidmət edir və qarşıdakı dövrdə buistiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Öz növbəsində, S.Yılmaz Azərbaycanla uzunmüddətli əməkdaşlıqdanməmnunluğunu ifadə edərək, dövlət müəssisələrinin monitorinqisahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib vəDünya Bankının bu istiqamətdə texniki dəstək göstərməyə hazırolduğunu bildirib.

Görüş zamanı, həmçinin Dünya Bankı tərəfindən göstərilə biləcəkmümkün texniki yardım layihələri, eləcə də Dövlət MüəssisələrininMonitorinqi Agentliyinin qarşısında duran vəzifələr və buistiqamətdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsiaparılıb.

Tərəflər bu sahədə təcrübə mübadiləsinin və birgə fəaliyyətimkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan
Azərbaycan
Избранный
43
4
az.trend.az

5Источники