RU

Lələtəpədə yaralanan ZABİT: Düşməni hər cəhətdən…

Zabitimiz bildirib ki, zəfərə gedən yol Aprel döyüşlərindən başladı. Azərbaycan xalqı və bütün dünya ordumuzun, dövlətimizin gücünü məhz bu döyüşlərdə gördü. 22 ildən sonra Azərbaycan ordusu Lələtəpə, Talış yüksəkliyi və ətraf ərazilər uğrunda əməliyyata başladı. Hikmət Məmmədov açıqlayır ki, düşmən zamanla cəbhəyanı əraziləri  atəşə tuturdu. Hətta kənd sakinləri arasında da şəhidlərimiz olurdu. Nəhayət, düşmənə hədd göstərmək zamanı gəldi.  Ümummilli Liderin hakimiyyətə gəlməsindən sonra atəşkəs elan olundu və orduya olan diqqət və qayğı artırıldı. Ordumuzun kiçik və geniş miqyaslı təlimlərdə iştirakı, Azərbaycan zabitlərinin digər ölkələrdə hərbi təhsil alması bunun bariz göstəricisidir.  Artıq 2016-cı ildə düşmənə sarsıdıcı zərbə endirildi. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu düşməni darmadağın etdi. Düşmən düşünürdü ki, Azərbaycan ordusu əvvəlki dövrlərdəki ordudur. Hansı ki, 90-cı illərdə ordumuzun maddi-texniki təminatı zəif idi. Lakin indi tam fərqlidir.  Qazimiz deyir ki, düşmən postları, mövqeləri biabırçı vəziyyətdə idi.  O qədər təəssüf doğuran bir vəziyyət vardı ki, düşmən əsgərlərini posta zəncirləyirdi ki, qaçmasın və ölənə qədər döyüşsün. Onların meyitlərini görmək dəhşət idi.” deyə, Hikmət Məmmədov söyləyib.  Azərbaycan  haqq savaşında idi. Cənab Prezident həmişə deyirdi ki, “biz haqq uğrunda savaşırıq. Torpaqlar bizimdir və biz onları işğaldan azad etməliyik.” Şahid deyir ki, düşmən tərəfini qorxu bürümüşdü, qaçırdılar, çünki  onların torpağı deyildi. Biz də həmin istiqamətlərdə işəhidlər verdik. Çünki Vətən varsa, Şəhid də var. Vətənimizə göz dikənin gözünü çıxarmalıyıq. “ Biz qəhrəman oğullar ilə döyüşmüşük. Elnur Əliyevin özünü qumbara üzərinə ataraq postda əsgərlərini xilas etməsi, Raqif Orucovun  əsgərlərinə “Biz öz torpaqlarımızdayıq, heç nədən qorxmayın” deməsi, Elimdar Səfərovun son damla qanına qədər döyüşməsi, Ravin Novruzovun özünü postda ataraq 4-5 əsgəri vurub, 1 əsgərin meyiti üzərində can verməsi…– bunların hamısı Vətən sevgisidir.  Mən də Lələtəpə istiqamətində ağır yaralanaraq açıq kəllə travması aldım və baş sümüyüm sındı. Artıq döyüş qabiliyyətimi itirmişdim. Tamam qanın  içində idim.  Mənə bunları danışmaq çox çətindir. Döyüş yoldaşlarımızın bir qismi şəhid oldu, bir qismi ağır yaralandı. O günləri unutmaq mümkün deyil.  Döyüşçümüz sonda qeyd edib ki, bu yol zəfərə aparan yol oldu. 4 ildən  sonra 44 gün ərzində torpaqlarımız işğaldan tam azad edildi. Bugün rahat və firavan bir ölkədə yaşayırıq. Ordumuz, xalqımız və Ali Baş Komandan birliyi ilə yenilməz bir xalq olduğumuzu göstərdi. Şəhidlərimiz üçün kədərlənirik, eyni zamanda başımız dikdir və qalib xalq kimi tanınırıq.

Vətənimizi qorumaq hər birimizin borcudur. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.

Избранный
44
Ajans.az

1Источники