RU

Hindistanda küçə yeməklərinin hazırlanmasına dair iyrənc görüntülər

Hindistana səfər edən rus turist küçə yeməklərinin necə hazırlanmasının görüntülərini paylaşıb.

Publika.az xəbər verir ki, Rassal Kroft adlı şəxsin “Instagram” hesabında paylaşdığı görüntülərdə anti-sanitarik vəziyyətdə, bəzən hətta yerdə müxtəlif yerli yeməklər hazırlaması əks olunub.

Sosial media istifadəçiləri bu paylaşıma müxtəlif tənqidi şərhlər yazıblar. Bəzi istifadəçilər videonun Hindistan küçələrində aşkar edilən çirkabın hələ tam miqyasını əks etdirmədiyini vurğulayıb.

Paylaşımda “Videoya baxana qədər üç dəfə qarın yatalağı, vəba və xolera keçirdim”, “Bu hələ təmiz çəkilib, məndə daha betər videolar var”, “Bəlkə də yeyərdim, amma necə hazırlandığını görməsəydim” kimi şərhlər yer alıb.

Избранный
53
publika.az

1Источники