RU

“Patent haqqında” Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq

Bakı. Trend:

Məlumat verildiyi kimi, “Patent haqqında” AzərbaycanRespublikasının Qanununa dəyişikliklər edilməsi barədə Qanun qəbuledilib. Qanun 2026-cı il martın 31-dən qüvvəyə minib. Dəyişikliklərnəticəsində Qanunun ayrı-ayrı müddəaları arasındakı bəziuyğunsuzluqlar aradan qaldırılmışdır. Beynəlxalq təcrübəyə uyğunolaraq “Patent haqqında” Qanuna bir sıra yeni anlayışlar daxiledilmişdir. Həmçinin ixtiralara, faydalı modellərə və sənayenümunələrinə patentlərin alınması prosedurları sadələşdirilmiş,iddia sənədlərinin ekspertizasının sürətləndirilməsinin təminedilməsi və keyfiyyətinin artırılması məqsədilə bir sıra yenimüddəalar əlavə edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Əqli MülkiyyətAgentliyindən (COPAT) məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə dəyişikliklər və əlavələredilərkən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT)mütəxəssislərinin tövsiyələri də nəzərə alınıb. Nəticədə millipatent qanunvericiliyində beynəlxalq təcrübədə olduğu kimi iddiasənədinin verilmə tarixinin müəyyən edilməsi, iddia sənədi üzrəbilavasitə təmsiletmə, ilkinlik iddiasında düzəlişlər və yaəlavələr, ilkinlik hüququnun bərpa edilməsi, imtina halındairadların təqdim olunması imkanı, müddətlərin uzadılması, müddətinqəsdən buraxılmadığı müəyyən edildikdə hüquqların bərpasına dairnormalar təsbit edilib.

“Patent haqqında” Qanunda aparılmış dəyişikliklər ixtiralar üçüntəxirə salınmış sistem üzrə, faydalı modellər və sənaye nümunələriüçün isə yoxlama sistemi üzrə mahiyyətcə ekspertizaya keçidi təminedir. Mahiyyətcə ekspertizaya keçid patentə dair məlumatların dərcihaqqında qərar əsasında deyil, ümumi qəbul edilmiş standartlarauyğun olaraq, Əqli Mülkiyyət Agentliyinin mühafizə sənədininverilməsi haqqında qərarı əsasında həyata keçiriləcək. İddiaçınınvəsatəti əsasında mahiyyətcə ekspertizanın keçirilməsinə dairQanunda yeni müddəanın verilməsi ekspertizanın sürətli aparılmasınıtəmin edəcək və patentin verilməsi müddəti azalacaq.

Qanuna edilmiş yeni dəyişikliyə uyğun olaraq ixtiralarınpatentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıraprosedurları birbaşa Azərbaycanın Əqli Mülkiyyət Agentliyinəmüraciət etməklə həyata keçirə biləcəklər. Lakin əvvəlllərAzərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxsləriddia sənədlərinin verilməsi və patentin alınmasınadək olanmərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digərprosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməliidi. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olurdu.

Patent qanunvericiliyinin təkmilləşdirilməsinin patentgöstəriciləri üzrə ölkəmizin beynəlxalq reytinqinin artmasına damüsbət təsirinin olacağı gözlənilir.

İndiyədək pərakəndə şəkildə tənzimlənən, bir sıra hallarda isəümumiyyətlə, tənzimlənməsi böyük problem olan daha aktual birməsələ də öz həllini tapacaq: işəgötürənin xidməti tapşırığıəsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifəədalətli qonorarın ödənilməsi üçün hüquqi baza formalaşacaq. Yəniixtiranın müəllifi patentin alınmasına və onunqüvvədəsaxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədəkişəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitinazı 50faizini qonorar kimi ala biləcək.

Qanuna edilən dəyişikliklər ölkəmizin ÜƏMT-nin Patent hüququMüqaviləsinə və Əqli mülkiyyət, genetik ehtiyatlar və genetikehtiyatlarla əlaqəli olan ənənəvi biliklər haqqında Müqaviləsinəqoşulması üçün də böyük əhəmiyyət daşıyır. Dəyişikliklər barədəQanunun qəbulu ilə bu sahədə yeni mərhələnin başlandığı xüsusiolaraq vurğulanmalıdır.

Избранный
26
3
az.trend.az

4Источники