RU

Hərbi təyyarə vuruldu: Pilot əsir götürüldü?

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İranda vurulan ABŞ-yə məxsus döyüş təyyarəsinin pilotunun yaxalanaraq əsir götürülmüş ola biləcəyi iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Tesnim" agentliyinin məlumatına görə, bu səhər İnqilab Keşikçiləri Korpusu tərəfindən müasir Amerika döyüş təyyarəsinin məhv edilməsindən sonra təyyarənin pilotu katapultdan istifadə edərək ölkə daxilinə enib.

Xəbərdə ABŞ qüvvələrinin pilotun sağ olduğuna inanaraq axtarış işlərinə başladığına dair məlumatların olduğu, lakin bəzi mənbələrin pilotun İran tərəfindən yaxalanaraq əsir götürüldüyünü dediyi aktarılıb.

Digər tərəfdən, təyyarənin düşdüyü Kohgiluyə əyalətindəki xəbər mənbələrinin ABŞ-nin pilotu xilas etmək üçün "Black Hawk" helikopteri və bir "C-130" hərbi yük təyyarəsi ilə axtarış cəhdləri etdiyi, lakin bu səylərin uğursuzluqla nəticələndiyi qeyd edilib.

İnqilab Keşikçiləri Korpusu Kəşfiyyat Təşkilatının sosial media hesabından da təyyarənin katapult oturacağının və paraşütün düşdüyü yerin fotosu paylaşılıb.

İranın səhər saatlarında vurduğunu açıqladığı təyyarə ilə bağlı isə CENTCOM-dan hələlik bir paylaşım edilməyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
11
cebheinfo.az

10Источники