İnsanlıq yenidən Ay yolunda - “Artemis II” Yer orbitini tərk etdi
Artemis II missiyasını həyata keçirən dörd astronavt Yer orbitini uğurla tərk edərək Ay istiqamətində hərəkətə başlayıb.
Orion kosmik gəmisi əsas mühərrikinin təxminən 6 dəqiqəlik işə salınması nəticəsində kosmik aparat Ay trayektoriyasına daxil olub. NASA rəsmiləri bu manevrin problemsiz icra olunduğunu açıqlayıblar.
Missiya çərçivəsində ekipaj Ayın görünməyən tərəfi ətrafında dövrə vuraraq yenidən Yerə qayıdacaq. Bu, 1972-ci ildən bəri insanların Yer orbitindən kənara çıxdığı ilk uçuş kimi tarixə düşür.
Uçuş zamanı astronavtlar sistemlərin vəziyyətini yoxlayaraq təhlükəsizliyi təmin ediblər. Bildirilib ki, zəruri hallarda kosmik gəmi geri qaytarıla bilər, lakin plan üzrə missiya Ay ətrafı trayektoriya ilə davam edəcək.