Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı yönəlmiştəhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanmasıistiqamətində səmərəli fəaliyyət göstərir.
Trend xəbərverir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart -Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüvə bu orqanların yaradılmasının 107-ci ildönümü ilə bağlı keçiriləntədbirdə DTX rəisi Əli Nağıyev bildirib.
“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiştəhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması,dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiyaquruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarınınkəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğaqarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəlifəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsipləriniUlu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün DövlətTəhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahişəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəmpeşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur”, - deyəxidmət rəisi qeyd edib.