RU

"Axios": ABŞ qırıcısı İranda vurulub, 2 ekipaj üzvü axtarılır - YENİLƏNİB-1

İran ABŞ-a məxsus qırıcı təyyarəni vurub və iki nəfərlik ekipajın tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

Bu barədə “Axios” məlumat yayıb.

Qeyd olunur ki, bu, müharibə başlayandan bəri ABŞ təyyarəsinin vurulduğu ilk haldır.

ABŞ ordusu və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.

***

16:29

Amerikalı pilotu sağ ələ keçirən şəxs mükafat alacaq.

APA xəbər verir ki, bu barədə İranın dövlət televiziyasında bildirilib.

Bəyanatda deyilir ki, Kohgiluye bölgəsinin polis idarəsi İran səmasında vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edib.

***

15:24

İran səmasında vurulan ABŞ-ın F-35 qırıcısının pilotu katapult edib.

“Tasnim”in məlumatına görə, İran hərbçilərinin pilotu əsir götürdüyü ehtimal olunur.

Məlumata görə, ABŞ-ın hərbi nəqliyyat təyyarələri və helikopterləri pilotun sağ qalma ehtimalını nəzərə alaraq, onun axtarışını aparır.

Məsələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

***

14:10

İran səmasında ABŞ-a məxsus daha bir F-35 qırıcısı vurulub.

“Tasnim”in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.

Məlumatda bildirilib ki, bu, İran səmasında son 12 saatda SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin məhv etdiyi ikinci qırıcıdır.

Bəyanatda ABŞ-ın regiondakı hərbi təchizatlarının və İsraildə hərbi hədəflərin vurulduğu da qeyd olunub.

Избранный
27
3
apa.az

10Источники