RU

Əli Nağıyev: Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanları formalaşıb

Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanları formalaşıb.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə söyləyib.

Xidmət rəisi çıxış edərək, təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən, Ulu Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi misilsiz və əvəzsiz xidmətlərdən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açıb, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını bildirib.

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğunun regionda əməliyyat şəraitinə ciddi təsir etdiyini vurğulayan general-polkovnik Əli Nağıyev ötən dövrdə xarici xüsusi xidmət orqanlarının və digər qüvvələrin ölkəmiz əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində DTX-nin gördüyü işlərdən və əldə olunmuş uğurlu nəticələrdən də danışıb.

Xidmət rəisi həmçinin DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, terrorçuluğu maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə və sair cinayət faktları barədə geniş məlumat verib.

Избранный
27
37
poliqon.az

10Источники