RU

Abşeronda Aprel şəhidlərinin ailələri ilə görüş keçirildi

Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn qəhrəman igidlərimizin ailələri ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, RİH-in rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə Abdin Fərzəliyev bildirib ki, Vətən Müharibəsindən əvvəl Ermənistan tərəfi dəfələrlə atəşkəsi pozmuş və müxtəlif vaxtlarda hərbi təxribatlar törədiblər, lakin bu təxribatların qarşısı ordumuz tərəfindən hər zaman qarşısı layiqincə alınmışdır. Növbəti belə təxribatlardan birininin də 2016-cı il aprelin əvvəllərində müşahidə olunduğunu, lakin Azərbaycan Ordusunun layiqli cavabı və əks-həmləsi ilə düşmənin darmadağın edildiyini vurğulayan RİH başçısının sözlərinə görə, bu döyüş Qarabağ müharibəsində dönüş nöqtəsi olmuş və beləliklə də ordumuzun gücünü nəinki qarşı tərəf, eyni zamanda bütün dünya görüb.

Qeyd edilib ki, tarixə “Aprel döyüşləri” kimi düşən və Azərbaycan Ordusunun mütləq qələbəsi ilə nəticələnən döyüşün sonunda Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Əsgərlərimiz bu döyüşlə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mifləri və uydurmaları alt-üst etməyi bacarıb və bununla da Qarabağa böyük qayıdışın əsası qoyulub.

RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və düşünülmüş qərarları ilə, o cümlədən “Dəmir yumruq” ətrafında birləşən ordumuzun şücaəti və qəhrəmanlığı ilə 44 gün davam edən Vətən Müharibəsində xalqımız qalib gələrək işğal altında olan torpaqlarımızı tamamilə azad edib. Bununla da Qarabağa yenidən həyatın və yaşamın qayıtdığını vurğulayan A.Fərzəliyev əlavə edib ki, bundan sonra da vətənimizə qarşı hər hansı bir silahlı təxribat baş verəcəyi təqdirdə ordumuz bütün hərbi müdaxilələri yerindəcə məhv etməyə qadir və hazırdır.

Избранный
26
14
publika.az

10Источники