RU

İsrail ən iri qaz yatağında hasilatı bərpa edib

Bakı.Trend:

Şərqi Aralıq dənizində yerləşən, İsrailin ən böyük qaz yatağıolan “Leviafan”da qaz hasilatı bərpa olunub.

Trend İsrail KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyiməlumat yayıb.

“Vəziyyətin qiymətləndirilməsindən və bütün müvafiq amillərinnəzərdən keçirilməsindən sonra bu mərhələdə "Leviafan"platformasında işlərin bərpası qərara alınıb. Daxili bazara təbiiqaz tədarükü davam edir və istehsal sisteminə daha bir platformanıninteqrasiyasından sonra artırılacaq,” – İsrail EnergetikaNazirliyinin bəyanatında bildirilib.

Qaz yatağında fəaliyyət fevralın 28-də İrana qarşıəməliyyatların başlaması və İrandan gözlənilən raket zərbələrisəbəbindən dayandırılmışdı.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Избранный
36
2
az.trend.az

3Источники