RU

Quzunu bu yaşda kəsməyin, filan yaşda kəsin, deyə bilgi vermək yersizdir İQTİSADÇI

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Erkən kəsimə qarşı kampaniya başlatmaq, heyvandarlıqda mövcud olan əsas problemləri diqqətdən kənar saxlamaq anlamına gəlir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyinin indiyədək bacarmadığı işi yoluna qoymağa çalışır. Bir növ, Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsini müəyən qədər üzərinə götürüb. Bu da ondan ibarətdir ki, AQTA “Erkın kəsimə son” adlı maarifləndirici kampaniya başladıb. Agentlik iddia edir ki, quzular böyüməmiş, bala verməmiş kəsilir, bu isə heyvandarlığın inkişafına ziyan vurur. 

Məlumatda deyilir ki, “son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu məqsədlə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinə start verilib. Layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur”. 

Qeyd edək ki, AQTA-nın kampaniyasına Milli Məclisin deputatları Azər Badamov, Aydın Hüseynov, Fazil Mustafa da dəstək veriblər. Deputatlar da bu qənaətdədir ki, bu kampaniya həm ərzaq, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Və quzuların (xüsusilə dişlərin) 6 ayı tamam olmamış kəsilməsi təbii artımın qarşısını alır və heyvandarlığın inkişafına mənfi təsir göstərir. 

“Dədə Qorqud” filmində Qazan xan belə sual edir: “İgidlər Tural düzmü söylədi?!”. İndi biz də soruşuruq, AQTA-nın iddiası və deputatların da ona dəstəvuzu doğrudurmu?

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, quzuların erkən kəsilməsi son dövrlərin məsələsi deyil. Bu ənənə ölkəmizdə daim mövcud olub: 

- Azərbaycanda quzu əti daim sevilib, quzu əti daha dadlı, milli mətbəximiz üçün daha keyfiyyətli, tələbat duyulan ət olub. Kiminsə mötəbər bir qonağı gələndə quzu ətindən kabab və digər xörəklər bişirilib. Quzu dərisi də istifadə olunub, papaq tikilib. Həm də nə kəndli, nə fermer, heyvandarlıqla məşğul olan birisi heç vaxt dişi quzu kəsməz. Çünki bilir ki, dişi quzu bala verəndir. Kim öz əliylə təsərrfatına ziyan vurar. Adətən erkək quzular kəsilir həmişə. İnsanlarımız iri buynuzlu mal-qara əti alanda, “cavan heyvandı?” soruşurlar. Azərbaycan insanının məişətində cavan mal-qara əti qəbul edilir. Kim könüllü şəkildə inək əti alar, ya da yaşlı qoyun əti? Məişət, tələbat nəzərə alınaraq cavan heyvanlar kəsilir. Adətən də erkək heyvanlar. Gərək necə bir vəziyyət, tələbat yaransın ki dişi quzu kəsilsin. Yəni, heyvandarlara quzunu bu yaşda kəsməyin, filan yaşda kəsin, deyə bilgi vermək yersizdir. Fermer nəyi necə etməlidir, zatən bilir. 

İqtisadçı bildirdi ki, erkən kəsimə qarşı kampaniya başlatmaq, heyvandarlıqda mövcud olan əsas problemləri diqqətdən kənar saxlamaq anlamına gəlir. Heyvandarlığı inkişaf edirmək üçün “erkən kəsimə son” kampaniyası çıxış yolu deyil. Erkən yaşda kəsimə son kampaniyası bəlkə müəyyən qədər fayda verər, amma problemi tam olaraq həll etməyəcək: 

- Bu kampaniya lazımi effekt verməyəcək. Maariflədirmə kampaniyası müəyyən qədər töhfə verə bilər. Amma problemi həll etmir. Maarifləndirmə ilə heyvandarlıı inkişaf etdirmək mümkün deyil. Heyvandarlığın zəifləməsində bir çox amillər var. Yaylaqların sayının azlığı, otlaqların, örüş sahələrinin azlığı əsas səbəblərdən biridir. Heyvan saxlayanlar bundan çox çətinlik çəkir və əkin sahələrinə üstünlük verirlər. Tərəvəz yetişdirmək daha perspektivli hesab olunur, nənki heyvan saxlamaq. Heyvanlara qulluq, dərmanlar, vaksinasiya, yem, yemə qatılan əlavə qatqılar, hansı ki idxal olunur ölkəyə, bunlar hamısı böyük xərc tələb edir. Bu məsələlər həllini tapmalıdır ki yerli məhsuldarlıq artsın, fermerlər heyvandarlığa maraqlı olsunlar. Hazırda bir çox ölkələrdən, Monqolustandan, Afrika ölkələrindən – Keniyadan Azərbaycan ət məhsulları idxal edir. Yerli heyvandarlıqdakı problemlər aradan qalxmayınca asılı qalacağıq idxaldan. Bu həm heyvandarlığa, kənd təsərrüfarına ziyandır, həm də insan sağlamlığına mənfi təsir edir. Yerli məhsulun olmaması, həm keyfiyyət, həm çeşid baxımından problem yaradacaq. Çıxış yolu budur ki, problemlər həllini tapsın. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
sherg.az

1Источники