RU

KİV: Hindistan Rusiya neftinə üz tutub

KİV: Hindistan Rusiya neftinə üz tutub

Hindistanın Hörmüz boğazının faktiki olaraq bağlanması nəticəsində Fars körfəzində qalan milyonlarla barel neftinə görə yaranan kəsiri kompensasiya etmək məqsədilə yenidən Rusiya neftinə yönəldiyi bildirilib.

AFN.az xəbər verir ki, "The Economist" jurnalının məqaləsində ABŞ-İsrailin İrana hücumları ilə davam edən müharibənin Hindistanı yeni enerji qaynaqları axtarışına sövq etdiyi qeyd olunub.

Yazıda əvvəllər Hindistanın idxalının təxminən yarısını İraq, Səudiyyə Ərəbistanı və BƏƏ-dən təmin etdiyi, lakin hazırda bu miqdarın yarıbayarı azaldığı vurğulanıb. İranın bəzi tankerlərə keçid icazəsi verməsinə baxmayaraq, milyonlarla barel neft Körfəz sularında ilişib qalıb. Bu səbəbdən Hindistan boşluğu doldurmaq üçün Rusiya ilə əməkdaşlığı bərpa edib.

Müharibə başlayandan bəri Hindistanın Rusiyadan əlavə olaraq təxminən 30 milyon barel neft aldığı bildirilir. Qeyd edək ki, Hörmüz boğazı qlobal neft ticarətinin 25 faizinin, maye təbii qaz ticarətinin isə 20 faizinin əsas marşrutudur.

Hazırda boğazdakı tanker hərəkətindəki kəsintilər qlobal tədarük zəncirində axsamalara və dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olub. Çinin idxal etdiyi neftin 45 faizi də məhz bu kritik keçid nöqtəsindən asılıdır.

Избранный
15
afn.az

1Источники