Olay.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub. OLAY Operativ.Media-ya istinadən yazır ki, həmin şəxslər 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva MünəvvərTaleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı, 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı,ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.Adları qeyd olunan şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı cinayət işi başlanıb.









Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.