RU

Malik İsaqov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Aprelin 3-də əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 28 May Mədəniyyət Evində baş tutub.

"Unikal" xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, qurumun məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahatlar verilib. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlərin arzu və təklifləri diqqətlə dinlənilib, qaldırılan problemlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq onların həlli istiqamətində konkret tədbirlər müəyyən edilib.

Qəbuldan razılıqlarını ifadə edən vətəndaşlar, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Избранный
62
21
unikal.az

10Источники