RU

Sumqayıtda dəm qazından zəhərlənən altı uşağın atası: Huşsuz vəziyyətdə yıxıldılar

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Aprelin 1-də Sumqayıtda hamamda dəm qazından zəhərlənən bir ailənin altı üzvü yenidən xəstəxanaya hospitalizasiya olunub.

Bunu Oxu.Az-a açıqlamasında ailə başçısı Kamil Cəbrayılov bildirib.

O qeyd edib ki, aprelin 2-də ilkin tibbi yardım göstəriləndən sonra uşaqlar evə buraxılsa da, vəziyyətləri yenidən pisləşib:

"Dünən uşaqları normal vəziyyətdə evə apardıq. Axşam saatlarında uşaqların bəzilərində ürəkbulanma oldu. Bu gün günorta saatlarında isə vəziyyətləri qəfil pisləşdi, uşaqlar huşsuz vəziyyətdə yıxıldılar. Dərhal təcili tibbi yardımla xəstəxanaya gətirdik. Hazırda uşaqlara tibbi yardımlar edilir".

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsindəki fərdi yaşayış evinin hamamında bir ailənin altı azyaşlı övladı dəm qazından zəhərlənib.

17:20

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən bir ailənin altı üzvü yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 3-də saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına altı nəfər (dörd kişi, iki qadın cinsli) hospitalizasiya olunub:

"Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən beş nəfər Yoluxucu xəstəliklər şöbəsinə, bir nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların müalicələri davam etdirilir, beş nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".

Qeyd edək ki, ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bir ailənin altı uşağı dəm qazından zəhərlənmişdi. Uşaqlar (dörd kişi, iki qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hosptalizasiya olunmuşdular. Onlar vəziyyətləri stabilləşdiyi üçün axşam saatlarında evə buraxılmışdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
oxu.az

1Источники