RU

Orta Asiya ölkələri və Azərbaycan: Dostluğun yeni dövrü (FOTO)

Bakı. Trend:

Özbəkistanın Fərqanə vilayətində "Orta Asiya və Azərbaycan"dostluq forumu çərçivəsində "Orta Asiya ölkələri-Azərbaycandostluğunun yeni dövrü" mövzusunda beynəlxalq konfranskeçirilib.

Trend xəbərverir ki, konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və komitəəməkdaşları iştirak edib.

Tədbirdən əvvəl Fərqanə vilayətindəki “Dostluq steli” ziyarətedilib. Tədbir iştirakçıları xalqlar arasında dostluq və qardaşlıqmünasibətlərinin rəmzi sayılan abidənin önünə gül dəstələri qoyaraqehtiramlarını bildiriblər.

Konfransda Özbəkistan Respublikasının MillətlərarasıMünasibətlər və Xaricdəki Həmvətənlərlə Əlaqələr Komitəsinin sədriKahraman Sarıyev, Qırğız Respublikasının Əmək, Sosial Təminat vəMiqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, TacikistanDostluq və Mədəni Əlaqələr Cəmiyyətinin nümayəndəsi İbrahimAbdullozoda, Qazaxıstan Respublikasının “Otandastar” Fondununvitse-prezidenti Alibek Jurkadam, eyni zamanda digər rəsmi şəxslərvə ekspertlər çıxış ediblər.

Komitə sədr Fuad Muradovun salamlarını iştirakçıların diqqətinəçatdıran Valeh Hacıyev Azərbaycan və Özbəkistanın dövlətbaşçılarının ortaq siyasi iradəsi nəticəsində iki ölkə arasındamünasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinibildirib. Siyasi dialoqun intensivləşməsi nəticəsində ticarət,iqtisadi, mədəni, humanitar və regionlararası əlaqələrin ardıcılinkişaf etdiyini qeyd edib. İkitərəfli əməkdaşlığın uğurlunümunələri kimi Daşkənddə Heydər Əliyev adına bağın və “Azərbaycan”parkının, eləcə də Bakıda “Özbəkistan” parkının yaradılmasınıxatırladıb. O, işğaldan azad olunan ərazilərdə aparılangenişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunaraq ÖzbəkistanınFüzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin, QazaxıstanınFüzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, eləcə dəQırğızıstanın Ağdamda təlim mərkəzinin inşasına verdiyi töhfələriyüksək qiymətləndirib.

Sonda forumun daimi fəaliyyət göstərən dialoq platformasınaçevrilməsi, həmçinin Fərqanə vilayətinin davamlı inkişafınayönəlmiş birgə təşəbbüs və proqramların həyata keçirilməsi barədərazılıq əldə edilib.

Bundan əlavə, tədbirdə fəal iştirak edən bir sıra şəxslər, ocümlədən Valeh Hacıyev “Xalqlar dostluğu” döş nişanı ilə təltifolunub.

Konfrans çərçivəsində Kahraman Sarıyev və Valeh Hacıyev arasındaikitərəfli görüş də keçirilib. Görüşdə bir sıra məsələlər, ocümlədən ölkələrimizin zamanla inkişaf edən dostluq və qardaşlıqmünasibətləri fonunda diasporlar arasında həmrəyliyin, əməkdaşlığınvə koordinasiyanın daha da gücləndirilməsi müzakirə edilib.

Orta
Orta
Orta
Orta
Orta
Orta
Orta
Избранный
14
4
az.trend.az

5Источники