RU

Viza müraciətində bu səhvləri edənlərə rədd cavabı gəlir — AÇIQLAMA

aricə səfər planlaşdıran vətəndaşların viza müraciəti zamanı yol verdiyi xətalar çox vaxt rədd cavabı ilə nəticələnir. Sənədlərin natamamlığı, ziddiyyətli məlumatlar və maliyyə vəziyyətinin düzgün əsaslandırılmaması əsas maneələr sırasındadır. Uğurlu nəticə üçün sabit gəliri, geri qayıtmaq niyyətini və detallı səfər planını şəffaf şəkildə təqdim etmək vacibdir.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı  açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, viza müraciətinin uğurlu nəticələnməsi üçün ən vacib məqamlardan biri sənədlərin düzgün və tam şəkildə hazırlanmasıdır.

“Bu prosesdə təqdim olunan məlumatların dəqiqliyi və bir-biri ilə uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Belə ki, iş yeri, əmək haqqı, bank hesabı və digər maliyyə göstəriciləri arasında hər hansı uyğunsuzluq aşkar edilərsə, bu hal müraciətin mənfi cavablandırılmasına səbəb ola bilər”.

Səyahət sığortasının da icbari olduğunu xatırladan ekspert əlavə edib ki, imtina halları adətən səbəbsiz deyil. Əksər uğursuzluqlar məhz natamam sənədlər və ya kifayət qədər əsaslandırılmamış səyahət məqsədi ilə bağlı olur.

“Müraciət zamanı qeyd edilən ölkəyə ilk girişin məhz həmin ölkədən edilməsi tövsiyə olunur. Bununla yanaşı, səfirliyə təqdim olunan otel bronu və aviabiletin sonradan dəyişdirilməsi növbəti müraciətlərdə çətinlik yarada bilər. Səyahət sığortası da viza üçün tələb olunan əsas sənədlərdən biri hesab olunur. Ümumilikdə isə bildirilir ki, viza imtinası halları adətən səbəbsiz baş vermir. Əksər hallarda bu, natamam sənədlər, məlumatlar arasında uyğunsuzluq və ya kifayət qədər əsaslandırılmamış səfər planı ilə bağlı olur”.

O bildirib ki, hotellərin bron edilməsi və aviabiletlərin təqdim olunması məsələsində də diqqətli olmaq lazımdır. Səfirliyə təqdim edilən rezervasiyaların viza alındıqdan dərhal sonra ləğv edilməsi və ya dəyişdirilməsi sistemdə mənfi tarixçə yaradır. Bu cür hərəkətlər gələcəkdə həmin vətəndaşın növbəti viza müraciətlərində ciddi maneələrə və ya yenidən imtina almasına yol aça bilər./demokrat.az/

Избранный
21
1
nocomment.az

2Источники