RU

Azərbaycanla bu ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edildi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Publika.az-a XİN-dən məlumat verilib.

Görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.

C. Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Uqandada "ASAN xidmət" modeli əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.

Tərəflər investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Избранный
32
publika.az

1Источники