RU

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kiyev, 3 aprel, AZƏRTAC

Aprelin 3-nə keçən gecə və səhər saatlarında Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib. Belə ki, ölkənin müxtəlif bölgələrinə 579-dan raket və dron hücumu həyata keçirilib.

Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadla xəbər verir.

Hava hücumundan müdafiə qüvvələri 541 hədəfi – 26 raket və müxtəlif tipli 515 pilotsuz uçuş aparatını məhv edib və ya zərərsizləşdirib.

Ümumilikdə 579 hava hücumu vasitəsi qeydə alınıb. Bunlar Rusiya Federasiyasının Kursk və Rostov vilayətlərindən buraxılan 10 “İsgəndər-M” ballistik raketi, Samara vilayətinin hava məkanından buraxılan 25 X-101 qanadlı raketi, Rostov vilayətindən buraxılan 2 “İsgəndər-K” qanadlı raketi, həmçinin Bryansk, Kursk, Oryol, Şatalovo, Millerovo, Primorsko-Axtarsk istiqamətlərindən və işğal olunmuş Krımdan buraxılan 542 “Şahed”, “Gerbera”, “İtalmas” və digər zərbə tipli pilotsuz uçuş aparatlarıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
45
azertag.az

10Источники