RU

Türk Dövlətləri Təşkilatı WUF13-də iştirak edəcək - Kubanıçbek Ömüralıyev

BAKI, TurkicWorld

Türk Dövlətləri Təşkilatı (TDT) Ümumdünya Şəhərsalma Forumunun (WUF13) may ayında Bakıda keçiriləcək 13-cü sessiyasında iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bunu Trend-ə TDT baş katibi Kubanıçbek Ömüralıyev özəl müsahibəsində bildirib.

“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində TDT xətti üzrə tədbir planlaşdırılıb. “UN-Habitat” ilə qarşılıqlı anlaşma memorandumu olduğuna görə Forumda fəal iştirak edəcəyik”, – deyə K. Ömüralıyev bildirib.

Qeyd edək ki, WUF13 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində baş tutacaq. Tədbir müxtəlif ölkələrdən hökumətlərin, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclər və akademik dairələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Избранный
23
1
turkic.world

2Источники