
NASA Yer kürəsinin yeni fotosunu yayıb.
Yeniavaz.comxəbər verir ki, şəkil “Artemis II” Ay missiyasının “Orion” kosmik gəmisi tərəfindən çəkilib.
Planetin aypara şəklində göstərildiyi görüntü təşkilatın veb saytında yerləşdirilib.
Bildirilir ki, bu, 1972-ci ildə “Apollon” proqramı başa çatdıqdan bəri insanların Yer kürəsini bu qədər uzaqdan ilk dəfə görməsidir.