"Football-plus.az" xəbər verir ki, o, baş hakim Əliyar Ağayevin qərarlarından narazı qaldığını söyləyib. Klub rəhbəri referinin Tovuz təmsilçisinə qarşı qərəzli qərarlar qəbul etdiyini iddia edib:
"Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şeylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər. Birillik əziyyətimiz bir gündə yerə vurulur. Bunlar dəyişməlidi. Xüsusilə Əliyar "Turan Tovuz"un oyunlarına təyinat alanda belə halları gözləyirdik. Çempionatdakı oyunda səhv etmişdi. İnsanıq da. Bizə mesaj göndərildi ki, səhv etmişəm. Futbolçuların alın təri, bizim haqqımız Əliyarın haramı olsun. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolda belə hallar dəyişməlidi. Bəzi şeyləri dilə gətirməliyik. Danışmadıqca, səssiz qaldıqca Əliyarkimilər oyunları belə idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar. Belə olan halda yatırım etməyin də, əziyyət çəkməyin də mənası yoxdu. Azərbaycan futbolunun Əliyarkimilərdən canı qurtarmalıdı. Epizodları hamınız gördüz. Futbol ictimaiyyətinin baxmasını, görməsini, "Turan Tovuz" azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz. Bu il əziyyətimiz boşuna gedir. Biz iki təlim-məşq toplanışı keçirmişik, çoxlu investisiya etmişik, amma Əliyarkimilər oynamağımıza imkan vermir".