RU

Şamaxı-Pirqulu-Dəmirçi yolunda sürüşmə: təmizləmə və bərpa işləri aparılır » AzadMedia.az

Şamaxı-Pirqulu-Dəmirçi

Şamaxı-Pirqulu-Dəmirçi yolunda palçıq sürüşərək yolun hərəkət edən hissəsinə dağılıb.

Hadisədən sonra 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi tərəfindən Şamaxı-Pirqulu-Dəmirçi yolu istiqamətində təmizləmə işlərinə başlanılıb.Palçıq yoldan təmizlənib.

Görülən tədbirlər nəticəsində yolun zərər görmüş hissəsi bərpa olunub və hazırda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilir.

Qurumdan bildirilib ki, yol istismarı və texniki baxış işləri plan üzrə davam etdirilir.

Избранный
3
5
azadmedia.az

6Источники