RU

Livanda üç BMT sülhməramlısı yaralanıb

BAKI, 3 aprel. TELEQRAF

Livanda BMT-nin müşahidə məntəqəsinin atəşə tutulması nəticəsində üç sülhməramlı yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə UNIFIL sözçüsü Kendis Ardell məlumat verib.

Hər üç hərbçi xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Komandanlıq hadisənin təfərrüatını araşdırır.

Избранный
25
1
teleqraf.com

2Источники