RU

Vətən müharibəsi şəhidimiz Sənan Hüseynovun doğum günü qeyd edildi

1996-cı il aprelin 1-də Qazaxıstanın Aktau şəhərində dünyaya gələn Sənan Vidadi oğlu Hüseynov sonradan ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, təhsilini Bakı şəhərində yerləşən E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə davam etdirib və məktəb illərindən vətənpərvərliyi və nizam-intizamı ilə seçilib.

2014-cü ildə hərbi xidmətə çağırılan Sənan Hüseynov kəşfiyyatçı kimi xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək Talış yüksəklikləri uğrunda gedən əməliyyatlarda döyüşüb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı yenidən cəbhəyə yollanan Sənan Hüseynov Füzuli və Qubadlı rayonlarının azad olunması uğrunda döyüşlərdə iştirak edib. O, həmçinin Şuşa istiqamətində aparılan əməliyyatlarda və Daşaltı əməliyyatında iştirak edərək qəhrəmanlıq göstərib.

Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Hazırda o, Bakı şəhərində yerləşən Binə Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Sənan Vidadi oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Избранный
29
veteninfo.az

1Источники