RU

Güclü zəlzələ baş verdi

Əfqanıstan ərazisindəki Hinduquş dağlarında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 161 min əhalisi olan Kunduz şəhərindən 179 km şərqdə yerləşib. Ocağı isə 186 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Избранный
14
8
moderator.az

10Источники