RU

Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi keçirildi - FOTOLAR

Qars vilayətinin Sarıqamış rayonunda Türkiyə və Azərbaycanın hərbçilərinin iştirakı ilə "Sarsılmaz Qardaşlıq - 2026" təlimi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat paylaşılıb.

"Türkiyə və Azərbaycan hərbi personalının iştirakı ilə 3-cü Ordu Simulyasiya Dəstəkli Tədris və Təlim Mərkəzində "Sarsılmaz Qardaşlıq - 2026" təlimi uğurla həyata keçirilib", - məlumatda bildirilib.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün aprelin 2-dən Türkiyədə səfər edib.


Telegram kanalımız
Избранный
12
5
yenisabah.az

8Источники